Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Beyine zerer veren qidalar – Siyahi

16 views20/03/2017

23:28


[r32]
– xeber –
"Deyli Meyl" nəşri beyin hüceyrələrini öldürən qidaların adlarını yayımlayıb.
Axar.az sözügedən qidaların siyahısını təqdim edir:
Qızardılmış yeməklər
Qızardılan bütün yeməklərin tərkibində kimyəvi maddələr, dadverici qatqılar var. Bunlar həm uşaqlarda, həm də böyüklərin beynində ciddi zərərlərə yol açır.
Belə qidalar beyin sinirlərini yaralayır. Bəzi yağlar isə digərləri ilə müqayisədə daha zərərlidir. Təbiətdəki ən toksik və təhlükəli yağın isə günəbaxanan yağı olduğu müəyyənləşib.
Fəst Fud
Montreal Universitetində aparılan bir araşdırma nəticəsində Fəst Fud məhsullarının beynin kimyasında dəyişiklik yaratdığı bəlli olub. Bu isə depressiya və anksiyete (narahatlıq, həyəcan) problemlərinə yol açır.
Fəst Fud məhsullarının tərkibindəki qatqı maddələrin motivasiya və yaddaş zəifliyinə də səbəb olduğu sübut olunub.
Şəkər və şəkər məhsulları
Uzun müddət şəkər istifadəsi nevroloji problemlərə səbəb olur. Həmçinin yaddaşı, dərketmə qabiliyyətini zəiflətdiyi də təsbit edilib.
Dadverici qatqılar
İnsanlar çəki atmaq üçün şəkər yerinə dadverici qatqılardan istifadə edirlər. Bu qidaların tərkibində daha az kalori olsa da, sağlığımıza böyük zərəri var.
Bunların uzun müddət istifadəsi beyinə zərər verir və zehni pozuqluğa gətirib çıxarır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler