Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Belediyyeler icralarla elbir qanunsuzluq edir – Deputat

6 views13/02/2018

14:34


[r32]
– xeber –
Hər il müvafiq dövlət qurumu bələdiyyələrlə bağlı keçirilən tədbirlər barədə hesabat verir, lakin onların ölkə həyatındakı rolunun artırılması istiqamətində hökumətdən müvafiq qanun layihələri parlamentə daxil olmur.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə “Bələdiyyələrin statusu” Qanununa dəyişikliklərin müzakirəsində deyib. Millət vəkili bildirib ki, ölkə prezidenti kiçik və orta sahibkarlığın inkişafına dəstək verir, lakin bələdiyyələr onların fəaliyyətinə mane olur:
“Bəzən sahibkar Bakı ətrafında mazutlu torpaq sahəsini icarəyə götürmək istəyir. Bütün sənədlər hazır olanda bələdiyyə sədri torpağın sonuncu auksion qiymətinə satılacağını deyir. Bələdiyyələr yerli icra hakimiyyətləri ilə birlikdə cinayət sövdələşməsinə gedib sahibkarların marağına toxunurlar. Bələdiyyə sədrləri ərazidəki sahibkarlardan abadlıq üçün tikinti materialı götürür, lakin sonra həmin pul ödənilmir. Hesab edirəm ki, Ədliyyə Nazirliyi bu qanunsuzluqların qarşısının alınmasında xüsusi rol oynamalıdır. Çox zaman icra hakimiyyətləri bu qanunsuzluqları bələdiyyələrin əli ilə edir. Mənə bir diş həkimi müraciət etmişdi, onun obyektini qanunsuz halda icra hakimiyyəti sökmüşdü. Bələdiyyə isə bu məsələdə vətəndaşın tərəfində olmur”.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler