Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Belarus ele bir teyyare alir ki…

17 views23/11/2016

18:00

– xeber –
Belarus 2020-ci ilə qədər yeni nəsil çoxtəyinatlı Su-30SM təyyarələrinin ən azı eskadrilyasını almaq niyyətindədir.
Axar.az BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus Hərbi Hava Qüvvələrinin (HHQ) və hava hücumundan müdafiə (HHM) qoşunlarının komandanı Oleq Dviqalev noyabrın 23-də jurnalistlərə bəyan edib.
Bu gün Lida şəhərində HHQ-nin və HHM qoşunlarının 116-cı qvardiya həmlə aviabazasının şəxsi heyətinə Rusiyanın “İrkut” Elm-İstehsalat Korporasiyası” ASC-nin istehsalı olan dörd Yak-130 təlim-döyüş təyyarəsi verilib. O.Dviqalev formulyarları aviasiya bazasının texniklərinə təqdim edərək vurğulayıb ki, bu, Yak-130 təyyarələrinin artıq ikinci partiyasıdır, dörd təyyarədən ibarət ilk partiya aviabazaya 2015-ci ildə təhvil verilib.
O.Dviqalev deyib: “Yeni nəsil çoxtəyinatlı Su-30SM təyyarəsinin satın alınması nəzərdə tutulur. Bu təyyarə səmərəli olduğunu Suriya münaqişəsində göstərib. Bir sıra ölkələrdə təyyarə silahlanmaya qəbul edilib”. O vurğulayıb ki, Su-30SM təyyarəsi Yak-130 ilə eyni müəssisədə istehsal olunur.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler