Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Baxcalidan dollar beyanati: “Turkiye yalnizlasir”

12 views29/11/2016

15:32

– xeber –
İqtisadi balansla oynayaraq Türkiyəni küncə sıxışdırmaq istəyirlər.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı öz partiyasının qrup toplantısında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, bununla Türkiyənin nəbzini yoxlamağa çalışırlar:
“Biz bunun bənzərini 2000-2001-ci illərdə yaşamışdıq. Yaşanan iqtisadi böhran illərdir yaxamızdan əl çəkməyib. Türkiyənin müstəqil və dik duruşundan qorxan pul lobbisi ölkəmizi zorla tərbiyə etmək istəyir. Biz hökumətin mənfi yollarla uduzmasının tərəfdarı deyilik. İqtisadiyyat artıq həyacan siqnalı çalır. Tədbir görmək lazımdır. Millətimiz artıq qiymət və vergi artımlarına dirənə-dirənə zorla ayaq üstə dayanır. Şübhəsizdir ki, iqtisadi böhranın çətinliyini millətimizin belinə yükləmək haqsızlıqdır. İndi soruşuram. Nə oldu bəs bütün dünya bizi qısqanırdı? Nə oldu bəs 14 ildə 3 Türkiyə yaratmışdınız? İqtisadiyyatı əldən düşdükcə Türkiyə yalnızlaşır”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler