Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bankomatlar onunde niye novbeler var? – Aciqlama

18 views08/11/2016

13:56

15:52 – xeber – Ötən gündən başlayaraq, Azərbaycan Beynəlxalq Bankının Bakı şəhərində yerləşən bəzi bankomatlarında pul çatışmazlığı özünü göstərir.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, əhalinin böyük hissəsinin maaş aldığı ABB-nin bankomatlarındakı bu problem narahatlığa səbəb olub. Hazırda ABB bankomatlarının qarşısında uzun növbələr yaranıb.
 
Məsələ ilə bağlı ABB-nin mətbuat katibi Yadigar Cəfərli deyib ki, artıq problem aradan qaldırılıb:
 
“Bir-iki gün bankomatlarımızda vəsait çatışmazlığı oldu. Ancaq hazırda bütün bankomatlarda kifayət qədər vəsait var. Növbələr isə vəsait olmadığı müddətdə bankomatdan istifadə edə bilməyən müştərilərə görədir. Qısa müddətdə, yəqin ki, günün sonuna qədər artıq bankomatların önündəki növbələr aradan qalxacaq və standart vəziyyət bərpa olunacaq”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler