Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“BakuBus”dan yeni layihe – Foto

12 views05/11/2016

13:32

15:28 – xeber – Bu gün BakuBus MMC paytaxtın Xətai rayonunda yerləşən 138 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə “Gələcəyin sərnişinləri” adlı yeni maarifləndirici layihəyə start verib.
 
Şirkətdən Report-a verilən məlumata görə, layihənin əsas məqsədi məktəblilərə ictimai nəqliyyatdan, şirkətin avtobuslarının xidmətndən təhlükəsiz və rahat istifadə qaydalarını öyrətmək, onlara nümunəvi, ictimai fəal sərnişin kefiyyətlərini aşılamaqdır.

Əvvəlcə şagirdlərə Sürücü Təlim Mərkəzində təlimatçı-müəllimlər tərəfindən ictmai nəqliyyat vasitələri haqqında ətraflı məlumat verilib, əyani vasitələrlə ictimai nəqliyyatda təhlükəsizlik qaydaları izah olunub. Sonra şagird və müəllimlər “BakuBus” avtobusları ilə Dövlət Bayrağı Meydanı istiqamətində yola düşüblər. Avtobusda şagirdlərə ictimai nəqliyyatdan, istifadə qaydaları ilə yanaşı, digər yol hərəkəti qaydaları, yol nişanları, piada keçidləri və s. haqqında geniş məlumat verilib. 
 
Sonda məktəblilərə hədiyyələr təqdim olunub və onlara təəssüratları ilə bağlı inşa işi yazıb “BakuBus”un elektron ünvanına göndərərmələri tövsiyyə olunub. Bu yazılardan üç ən yaxşısı seçilərək müəllifinə xüsusi mükafatlar təqdim olunacaq.

Qeyd edək ki, “BakuBus”un “Gələcəyin sərnişinləri” adlı layihəsi mütəmadi xarakter daşıyacaq gələcəkdə Bakının digər məktəblərini də əhatə edəcək.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler