Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bakini “sellofanlar seheri”ne ozumuz cevirmisik – Ekspert

2 views13/09/2017

06:17


[r32]
– xeber –
Paytaxtın əksər ərazisində zibil qutularının ətrafında, küçələrdə, binaların həyətində boş butulkaların, selofan torbaların, ümumiyyətlə, zibillərin olduğunu müşahidə edə bilərik. Paytaxtda və regionlarda abadlaşma işlərinin getməsinə baxmayaraq, bu problem aradan qalxmır. Paytaxt ərazisində hava küləkli olan kimi selofan torbalar uçuşmağa başlayır, siqaret kötükləri gözə girir. Bu vəziyyətə hamı öz etirazını bildirir, hətta Bakını “Sellofanlar şəhəri” də adlandırırlar. Ancaq Bakını “Sellofanlar şəhərinə” çevirənlərin özümüz olduğumuzu unuduruq.
Mövcud məsələ ilə bağlı Axar.az-a sosioloq Cavid İmamoğlu açıqlama verib. Onun sözlərinə görə, bu, cəmiyyətdə qarşısı alına bilməyən problemə çevrilib:
“Toplumda hər şəxs atdığı addımın məsuliyyətini daşımalıdır. Heç kəs öz üzərinə düşən məsuliyyəti kənara ata bilməz. Cəmiyyətdə yazılan və yazılmayan qaydalar var. Mövcud problemin yaranmasına səbəb insanlar arasında özünə və ətrafına, yaşayışına laqeydliyin olmasıdır. Məsələn, küçəyə zibil atanlar, zibili zibil qutularından kənara tullayanlar bilməlidir ki, əvvəla, bu atdıqları, zibillədikləri elə onların özünə qayıdır, o zibilin içində hərəkət edirlər. İkincisi, anlamalıdırlar ki, o zibilləri bizim içimizdən olan insanlar təmizləyir. Küçəyə zibil atmaq qanunvericiliklə də qadağan edilib. Ətraf mühiti çirkləndirən insanların cərimələnməsi ilə bağlı qanunvericilikdə xüsusi maddələr var”.
Sosioloq qeyd edib ki, hazırda Azərbaycanda ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması insanlar üçün heç bir əhəmiyyət kəsb etmir:
“İnsanlar əlindəki zibili küçəyə, magistral yollara, insanların yaşadığı ərazilərə atmaqdan çəkinmirlər. Yol boyu, yaxud binaların həyətində hansısa enerji içkilərinin boş qablarına, günəbaxan tumu paketlərinə, butulkalara, sellofan torbalara rast gəlmək olur. İşin mənəvi tərəfi isə bunu yığışdıracaq şəxslər içimizdən biridir. Bizim vətəndaşımızdır. Bizim yeyib yerə atdığımızı onlar arxamızca yığışdırır. Nəzərə almalıyıq ki, yolları süpürgə vasitəsilə təmizləyirlər və bu kifayət qədər əziyyətli işdir. Ona görə də qətiyyətlə bu işləri görməkdən çəkinmək lazımdır. İnsanların intellektual səviyyəsi, əxlaqı gərək o qədər inkişaf etsin ki, onlar zibili zibil qutusuna atmaq lazım olduğunu dərk etsin. Məsələn, siqareti çəkib kötüyünü yerə atmaq bir çox fəsadlara yol aça bilər. Bir çox ərazilərdə yanğınlara səbəb məhz yerə atılan siqaret kötüyü olur. Yaxud da həmin siqaret kötüyünü azyaşlı uşaqlar da götürə bilər. Daha sonra saqqızı çeynəyib yerə atmaq da təhlükəli hərəkətlərdən biridir. Çünki bu, yapışqan vasitədir. Bunu hansısa heyvanlar çörək bilib yedikdə ölümünə səbəb olur. İnsanlar başa düşməlidir ki, bu addımları ilə ilk növbədə təbiətə böyük ziyan verir, ikinci növbədə isə onları təmizləyən şəxslərə qarşı hörmətsizlik edirlər. Zibili təyin edilmiş zibil qutularına atmaq insanların borcudur”.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler