Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bakini doyuslerde mudafie eden ispanlarin aileleri – Azerbaycanda

13 views25/11/2016

16:36

– xeber –
İkinci Dünya müharibəsi zamanı Bakının müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş ispan pilotlarının ailə üzvləri noyabrın 25-30-da İspaniyanın Aviatorlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda səfərdə olacaqlar.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovla görüşən assosiasiyanın prezidenti Akilino Mata bildirib ki, 1936-1939-cu illərdə İspaniyada vətəndaş müharibəsi zamanı SSRİ rəhbərliyinin müvafiq qərarına əsasən, bu ölkədəki respublikaçılara dəstək məqsədilə Azərbaycanın Gəncə şəhərində təlim mərkəzi yaradılmışdı. 30 saylı məktəbin bazasında yaradılmış bu mərkəzdə ispan pilotlarından ibarət iki qrup təhsil alıb. İlk təlim qrupunun Azərbaycana səfərinin 80 illiyi və İkinci Dünya müharibəsində Bakının müdafiəsində iştirak etmiş ispan pilotlarının həlak olmasının 75-ci ildönümü münasibətilə həmin pilotların ailə üzvlərindən ibarət bir qrupun noyabrın 25-30-da Azərbaycana səfəri nəzərdə tutulur.
Səfər çərçivəsində, həmçinin Gəncədə yerləşən bu mərkəzə Bakının müdafiəsi zamanı həlak olmuş ispan pilotlarının şərəfinə xatirə lövhəsinin təqdim edilməsi, 1942-ci ildə Bakıda təyyarə qəzasında həlak olmuş pilot Manuel Sarausa Klaveronun məzarının ziyarət edilməsi də planlaşdırılır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler