Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

"Bakidaki mugennilerle kusuluyem" – Turkiyede yasayan azerbaycanli modeyler (FOTO)

6 views11/11/2016

15:08

11 Noyabr 2016 17:02 – xeber –
Azərbaycanlı modelyer Rüfət İsmayılov ARB TV-nin "Türk şou-maqazin" verilişinə maraqlı açıqlamalar verib. 
O bildib ki, artıq 10 ilə yaxındır, Azərbaycandan kənarda yaşayır: "Artıq 10 ilə yaxındır xaricdə yaşayıram. Əvvəl Fransa, sonra Almaniya, indi isə Türkiyədəyəm. Burada işlərim yaxşıdır. Murat Boz, Murat Dalkılıç kimi məşhurlarla işləyirəm".
Daha sonra modelyer azərbaycanlı şou-biznes nümayəndələrindən də söz açıb: "Azərbaycanlı müğənnilərlə heç vaxt işləməmişəm. Səbəbi isə onlar çox kaprizlidir. Məsələn, Murat Boza pencək verirəm soruşur bununla nə geyinim? Deyirəm ki, T-shirt və idman ayaqqabısı geyinəcəksən. Baxıram ki, efirdə elə geyinib. Amma bizimkilər? Özləri bildiyini edirlər. Nəticədə mənim modelim batır. 
Məşhur modelyer azərbaycanlı sənətçilərin geyim zövqündən danışıb: "Uyğun olmayan şeyləri bizimkilər çox sevir. Əgər stillistə müraciət edirsənsə, onun dediyinə önəm verməlisən. Bizim müğənnilər çox dəxlisiz geyinirlər. Ad çəkmək istəmirəm, Bakıdakı hamı ilə küsülüyəm. Bu yaxınlarda televiziyada görürəm ki, müğənnilərimizdən biri idman salonunda dikdaban ayaqqabı geyinib müsahibə verir. Makiyajlı halda, dikdaban ayaqqabı ilə idman alətlərində müsahibə verməsi qəribə gəldi. Burada məntiq haradadır?! Anlaya bilmirəm".

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler