Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bakidaki meshur geyim magazasi baglandi

16 views08/11/2016

15:00

16:53 – xeber – Dünyanın tanınmış geyim mağazası brendlərindən sayılan «Marks & Spencer» şirkəti Bakıdakı dükanını bağlayıb.
 
Axar.az Fins.az-a istinadən məlumat verir ki, Bakının dəbdəbəli «Port Baku» ticarət mərkəzində yerləşən mağaza öz fəaliyyətini 12 gün əvvəl, oktyabrın 27-də dayandırıb.
 
Şirkətdən bağlanma səbəblərilə bağlı açıqlama verilməsə də, böyük ehtimalla, bu, satışların aşağı düşməsi ilə əlaqədardır. 
 
Qeyd edək ki, Bakı bu məşhur şəbəkənin fəaliyyətini dayandırdığı yeganə şəhər deyil. Son məlumatlara görə, «Marks & Spencer» qarşıdakı 5 il ərzində təkcə Böyük Britaniyada 60 paltar və ev əşyaları mağazasını bağlayacaq. Bu qərarın verilməsinə səbəb ilin birinci yarısında gəlirlərinin azalması olub.
 
İlk 6 ayda «Marks & Spencer»in vergiqoymadan əvvəlki gəliri 231,3 milyon funt sterlinq (287,3 mln. dollar) təşkil edib ki, bu da ötən ilin eyni dövründən 18,6% azdır.
 
“Gələcək beş il ərzində biz Böyük Britaniyadakı daşınmaz əmlakımızı transformasiya edib 60 mağazamızı bağlayacayıq”, – şirkətin açıqlamasında deyilib.
 
Əvəzində «Marks & Spencer» «Simply Food» ərzaq dükanı şəbəkəsinin sayını artırmaq istəyir. Şirkət 2019-cu ilədək Böyük Britaniyada 200 yeni ərzaq dükanı açmağı düşünür.
 
Xatırladaq ki, «Marks & Spencer» 1884-cü ildən fəaliyyət göstərir.  

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler