Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bakida “zek”lerin davasi dusdu – Ölen var

20 views26/11/2016

12:28

– xeber –
Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yuri Batanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Araşdırmalar zamanı Yuri Batanovun baş nahiyəsində xəsarətlər aşkarlanıb.
Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Natiq Abbasov tutulub.
Məlumata görə, hadisədən əvvəl onlar birlikdə yeyib-içiblər. Sonra onların arasında mübahisə yaranıb və davaya çevrilib. Dava zamanı Natiq Abbasov Yuri Batanovun başından vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla əlaqədar cinayət işi başlanıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler