Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bakida facie:

7 views29/11/2016

07:16

– xeber –
Bu gün Bakı şəhəri, Nizami rayonunda tikintisi yarımçıq qalmış ( Sovetlər dövründən) yaşayış binasının ümumi sahəsi 210 m2 olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 m2 sahədə yanıb.

Axar.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı 1983-ci il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb və aidiyyatı üzrə təhvil verilmişdir. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunmuşdur.
Yanğın saat 03:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler