Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bakida ermenilerin istiraki ile Qarabag konfransi – Foto

14 views08/11/2016

09:12

11:08 – xeber – Bakıda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri. Ermənistan və Azərbaycandan baxış” adlı beynəlxalq konfrans  keçirilir.

Report-un xəbərinə görə, Milli QHT Forumu və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutan tədbirdə Azərbaycanın QHT rəhbərləri, habelə Azərbaycana səfər edən erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan, ölkəsində təqiblərə məruz qaldığı üçün Ermənistandan ailəsi ilə birlikdə Azərbaycana qaçan Vaan Martirosyan da iştirak edir.

Qeyd edək ki, erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan bu gün Xocalı abidəsini ziyarət edib.

Xatırladaq ki, İsveçdə yaşayan siyasi mühacir və Sərkisyan rejiminin tənqidçisi olan V. Avetyan ötən gün Bakıya gəlib. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler