Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bakida bele bir furset elde etmisem – Qrenqer

15 views23/11/2016

18:12

– xeber –
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın mövqeyi möhkəmdir və daha da möhkəmlənəcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu fikir ölkəmizdə səfərdə olan AŞPA-nın Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqerin Siyasi Psixologiya Mərkəzində bir qrup tələbə ilə görüşündə səsləndirilib.
Görüşdə Yan Liddel-Qrenqer və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizin qurumdakı fəaliyyəti barədə məlumat veriblər. Qeyd edilib ki, Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Nümayəndə heyətimiz AŞPA-nın toplantılarında fəal iştirak edərək müzakirə olunan məsələlərə öz mövqeyini bildirir.
Yan Liddel-Qrenqer azərbaycanlı tələbələrlə görüşməyin onun üçün böyük şans olduğunu vurğulayıb. “Çünki Azərbaycanın gələcəyini müəyyən edən insanlarla söhbət etmək, onların hadisələrə yanaşmasını öyrənmək fürsəti əldə etmişəm”, – deyə o bildirib.
Görüşdə dünyada baş verən siyasi proseslərlə bağlı müzakirələr də aparılıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler