Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Baki-Tel-Eviv elaqeleri: yeni herbi ve siyasi – Hedefler

9 views13/09/2017

07:00


[r32]
– xeber –
Müdafiə naziri Zakir Həsənovun İsrailə səfəri mühüm hərbi və siyasi əhəmiyyətə malikdir.
Bu barədə Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc danışıb. O bildirib ki, regional və beynəlxalq siyasət hər bir ölkənin milli təhlükəsizliyini, onun xarici iqtisadi və siyasi əlaqələrini müəyyənləşdirir:
“Azərbaycan-İsrail münasibətləri bütün bu illər ərzində uğurla inkişaf edib. Bu, yalnız Qarabağ amili və torpaqlarımızın işğalda olmasıyla əlaqədar deyil, hər iki tərəfin daha strateji plan və niyyətləri mövcuddur. Bir həqiqəti xüsusi ilə vurğulamalıyıq ki, İsrailin Cənubi Qafqazda hərbi və siyasi iştirakı bölgədə balans yaradır, bir sıra qüvvələri regionda amansız siyasətdən daşındırır, Qafqazlarda təkbaşına hökmranlıq istəyən regional gücləri bir qədər çəkindirir və həmin amillə hesablaşmağa vadar edir. Azərbaycanda yəhudilərin yaşaması, bir qisminin İsrailə köçməsi onlardan yaxşı mənada siyasi dayaq, lobbi mərkəzləri və diaspor qüvvəsi kimi yararlanmağa imkan açıb. O biri yandan ölkələrimiz arasında xüsusi bir beynəlxalq və siyasi konfrantasiya olmayıb. Dövlətlərarası münasibətlərin yaxşı inkişafı həmin səbəblərlə sıx bağlıdır. Azəbaycanla İsrail arasında 4 milyard dollardan artıq silah anlaşmaları, hərbi əməkdaşlıq mövcuddur. Bu, çox əhəmiyyətlidir. Açıq demək lazımdır ki, ABŞ və onun NATO-dakı müttəfiqləri Cənubi Qafqaz ölkələrinə silah embarqosu tətbiq ediblər. Belə olan təqdirdə ikinci bir cinahda Polşa, Çin, Rusiya və digər ölkələr tərəfindən Ermənistanın silahlandırılması davam edir. Bu nəinki işğalı möhkəmləndirir, o biri yandan bölgədəki hərbi-siyasi balansı pozur. Azərbaycan müxtəlif aparıcı qabaqcıl ölkələrlə aktiv şəkildə hərbi əlaqələrini formalaşdırmağa məcbur idi. Düşünürəm ki, bu sırada ən modern silahlara, güclü aviasiyaya, təhlükəsizlik sisteminə və antiterror təcrübəsinə malik olan İsrailin imkanlarından istifadə etmək yerinə düşdü. Bu, mühüm bir beynəlxalq hərbi və siyasi hədəfimizdir. Bu, təhlükəsizlik doktrinasının tələbidir”.
Millət vəkili ermənilərin son zamanlar Azərbaycana qarşı siyasi təxribatlarından da söz açıb:
“Erməni tərəfi guya Azərbaycanda Aprel döyüşlərində uğurla tətbiq olunmuş PUA-ların tətbiqində az qala İsrailin iştirak edəcəyini və hətta yəhudilərin Qarabağda Azərbaycan tərəfindən döyüşəcəyini, məsələyə super güclərin təzyiqi, habelə Qafqazlarda belə bir oyunçunun iştirakının istənilməməsi, Rusiya, ABŞ, İran və digər tərəflərin buna kəskin qarşı çıxması kimi uydurma təxribatlara əl atıblar. Və guya bu təzyiq qarşısında həmin pilotsuz raketlərin satılması dayandırılıb və s. İndi artıq bəlli olduğuna görə, həmin məsələdə müqavilə öhdəlikləri ən yüksək səviyyədə icra olunmaqda davam edir. Başqa bir tərəfdən Azərbaycan İsraildən müxtəlif adlı kommunikasiya sistemində kəşf işlərini təmin etməyə şərait yaradan radioelektron qurğuları da alacaq və bu, yeni müharibə sənətində fərqli bir yüksəklik deməkdir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan İsraildən “Dəmir günbəz” sistemlərini və hava hücumundan müdafiə qurğularının alınması prosesini davam etdirəcək:
“Hesab edirəm ki, bu məsələlərin konteksti yalnız Ermənistan amili ilə bağlı deyil. Ermənilər dəfələrlə Bakını hədəfə aldıqlarını vurğulayır, neft resursları və strateji sərvətlərə qarşı təhlükələri işə salacaqlarını bəyan edirlər. Ancaq açıq söyləmək lazımdır ki, Tehran-İrəvan əlaqələri yalnız İsrail-Azərbaycan münasibətləri ilə əlaqədar deyil. Bunun alt qatında başqa strateji hədəflər də var. Belə olan təqdirdə İsraillə belə münasibətlər Qafqazda sabitliyi və təhlükəsizliyi gücləndirir. Bunu xüsusi vurğulamaq lazımdır. Düşünürəm ki, cənab Prezidentin Ali Baş Komandan olaraq müdafiə nazirini İsrailə göndərməsi həm geosiyasi, həm hərbi, həm də geoiqtisadi amilləri üzvü şəkildə nəzərə almaqla müəyyənləşdirilib. İsrailə münasibətlərimiz üçüncü dövlətlərin əleyhinə çevrilməyib. Bu ölkənin guya Azərbaycanı İran əleyhinə plasdarma çevirməsi və yaxud səngərə döndərməsi ilə bağlı fikirlər erməni mediasından və onların analitik təxribatlarından başqa bir şey deyil. Hesab edirəm ki, bu səfər fonunda bundan sonrakı dövrdə İsrail-Azərbaycan elitasının birinci şəxsinin planlaşdırdığı tədbirlər bizə bu bölgədə daha mühüm işləri görməyə imkan verəcək”.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler