Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Baki Serbiyaya boyuk onem verir – Nazir

7 views07/11/2016

18:32

20:28 – xeber – Noyabrın 7-də Serbiyada Azərbaycan və Serbiya hökumətləri arasında 2012-ci ildə imzalanmış Kredit Sazişinə uyğun olaraq tikilmiş avtomobil magistralının Lyiq-Preljina hissəsinin açılışı olub. 
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
 
Qeyd edək ki, layihənin reallaşdırılması üçün Azərbaycan hökuməti tərəfindən Serbiyaya 300 milyon avro kredit ayrılıb. Ümumi uzunluğu 40,3 kilometr olan yol 66 körpü və 4 tuneldən ibarətdir. Layihənin baş podratçısı Azərbaycanın “AzVirt” şirkətidir.
 
Yolun girişində Azərbaycan-Serbiya dostluğunu və iqtisadi əməkdaşlığını əks etdirən “Dostluq olan yerdə uzaq ölkə yoxdur. Bu yol xalqlarımızı birləşdirən yoldur. Serbiya-Azərbaycan dostluğu sarsılmazdır” sözlərinin yer aldığı lövhə yerləşdirilib.
 
Açılış mərasimində çıxış edən nazir Şahin Mustafayev Azərbaycan-Serbiya əlaqələrinin strateji əməkdaşlığa, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını qeyd edib. Bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər zamanı aparılmış məhsuldar danışıqlar və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan Respublikasının Prezidenti Serbiya ilə əməkdaşlığa böyük önəm verir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birinin mövqeyini dəstəkləyir.
 
Vurğulanıb ki, Azərbaycan-Serbiya əlaqələrinin inkişafında Hökumətlərarası Komissiyanın fəaliyyəti də əhəmiyyətlidir. İndiyədək komissiyanın 4 iclası keçirilib və bu iclaslar çərçivəsində əldə edilən razılıqlar iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, ətraf mühit və s. sahələrdə əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verir.
 
Nazir Şahin Mustafayev ötən müddətdə ticarət, investisiya sahələrində əhəmiyyətli işlərin görüldüyünü, biznes forum və s. tədbirlərin keçirildiyini, Belqradda Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının fəaliyyətə başladığını qeyd edib. Bildirilib ki, Azərbaycan və Serbiya ticarət əlaqələrinin inkişafı üçün birgə müəssisələr yaratmaqla yeni bazarlara çıxa və işgüzar əməkdaşlığı genişləndirə bilər. Bundan başqa, Azərbaycan şirkətləri Serbiyada həyata keçirilən özəlləşdirmə prosesində, dövlət-özəl tərəfdaşlığı əsasında infrastruktur layihələrinin icrasında iştirak edə bilərlər.
 
Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında humanitar sahədə də önəmli layihələr həyata keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzi zəngin və qədim tarixə malik olan Azərbaycan və Serbiya xalqları arasında körpü rolunu oynayır və humanitar sahədə əməkdaşlığımıza öz töhfəsini verir. Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Serbiyada bir sıra sosial obyektlərin – Belqradda “Taşmaydan” parkının, “Bayraqlı cami” məscidinin, Novi Sad şəhərində “Müqəddəs Petki” kilsəsinin, Novi Pazarda Mədəniyyət Mərkəzinin təmir-tikinti işləri həyata keçirilib. Bundan başqa, Novi Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin memorialı yaradılıb, Belqradın küçələrindən birinə Azərbaycanın Xalq Şairi Bəxtiyar Vahabzadənin adı verilib.
 
Nazir Şahin Mustafayev qeyd edib ki, bu gün açılışı olan “11-ci dəhliz” avtomagistralının Lyiq-Preljina hissəsi Azərbaycan-Serbiya əməkdaşlığının gözəl nümunələrindəndir və yeni layihələr üçün stimuldur.
 
Serbiyanın Baş naziri Aleksandr Vuçiç, Baş nazirin birinci müavini, tikinti, nəqliyyat və infrastruktur naziri Zoran Mixayloviç çıxışlarında layihənın Serbiya-Azərbaycan əlaqələrinin inkişafında əhəmiyyətini vurğulayıblar. Onlar ölkələrimiz arasında əməkdaşlığın inkişafına və bu gün açılışı olan avtomagistralın tikintisinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür ediblər.
 
Sonra Serbiyanın Baş naziri Aleksandr Vuçiç və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev avtomobil magistralının Lyiq-Preljina hissəsinin açılışını əks etdirən lenti kəsib və xatirə lövhəsini açıblar.
 
Səfər çərçivəsində nümayəndə heyəti “Taşmaydan” parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
 
Serbiyaya səfər zamanı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu ölkənin Baş nazirinin birinci müavini, tikinti, nəqliyyat və infrastruktur naziri Zoran Mixayloviç və iqtisadiyyat naziri Goran Knezeviçlə görüşüb. Görüşlərdə hər iki ölkədə qarşılıqlı əlaqələrin inkişafına önəm verildiyi, Azərbaycan və Serbiya arasında iqtisadi sahədə əməkdaşlığın uğurla davam etdiyi, əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, əməkdaşlığın inkişafı imkanlarına dair müzakirələr aparılıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor.
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler