Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Baki dunyaya muhum ismariclar verir” – Millet vekili

21 views11/03/2016

12:12

14:04 – xeber – Bakının son zamanlar bir sıra önəmli tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın dünyada strateji tərəfdaşlığın inkişafında oynadığı roldan xəbər verir.
 
Bu sözləri Axar.az-a IV Qlobal Bakı Forumunun fəaliyyətə başlamasını şərh edən millət vəkili Asim Mollazadə deyib. Deputat forumun Bakıda ənənəvi formada keçirilməsinin ölkəmiz üçün bir fürsət olduğunu deyib:
 
“Azərbaycan təkcə sivilizasiyalararsı dialoq deyil, əməkdaşlıqlar üçün də müəyyən bir şərait yaradır. Bakının son zamanlar bir sıra önəmli tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın dünyada strateji tərəfdaşlığın inkişafında oynadığı roldan xəbər verir. Qarşıdurmalar, dünyanı təhdid edən təhlükələrin qarşısını almaq üçün birgə fəaliyyət mütləqdir. Bu forumların  əhəmiyyəti sülh şəraitinin formalaşmasıdır. Azərbaycan çox istərdi ki, dünyanın fərqli mədəniyyətlərinə malik xalqlar imperiya və dinlər arası savaşdan məhz əməkdaşlığa gedən yolu seçsinlər. Çünki hazırkı dünyanın qlobal problemlərinin həlli də məhz bu yoldan keçir. Çoxqütblü sistemin formalaşmasına gəldikdə isə hansısa qüvvələrin güc mərkəzinə çevrilmə iddiaları puça çıxacaq. Dünya məhsulunu daha yüksək texnologiyalarla emal edən ölkələr hər zaman üstünlüyə malik olacaqlar. IV Qlobal Bakı Forumu Azərbaycan üçün öz problemlərinin həlli baxımından bir fürsətdir. Rəsmi Bakı öz baxışları ilə dünyanın tanınmış siyasi liderlərinə mühüm ismarıclar verə bilər. Bu forum Qarabağ probleminin dünyaya daha yaxşı izahı üçün mühüm siyasi divident deməkdir”.
 
Qeyd edək ki, Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumu keçiriləcək. Forumda Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan Prezidentləri iştirak edəcək. Bundan başqa, 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler