Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Baki danisiqlari artiq Moskva ile aparmalidir

9 views30/11/2016

07:04

– xeber –
Biz artıq danışıqları Ermənistanla deyil, Rusiya ilə aparmalıyıq. Hər bir azərbaycanlını Xocalı soyqırımı ilə bağlı cinayətkarların, qadın və uşaq qatillərinin ədalət məhkəməsinə çəkilməsi barədə məsələ çox ciddi maraqlandırır. Biz bu istiqamətdə böyük işlər görməliyik.
Bu sözləri Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Milli Məclisin bugünkü plenar iclasında cari məsələlərin müzakirəsi zamanı deyib.
Ermənistanın artıq öz müstəqilliyini tamamilə itirdiyini qeyd edən deputat Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları Rusiya ilə aparmağın daha doğru olacağını qeyd edib.
“Son hadisələr göstərir ki, Ermənistanın strateji iqtisadiyyatı, enerjisi, nəqliyyatı və s. Rusiya tərəfindən özəlləşdirilib. Bundan başqa, Rusiya və Ermənistan qoşunlarının birləşmiş qrupunun, hava hücumundan birgə müdafiə qüvvələrinin yaradılması haqqında sazişlər artıq Duma tərəfindən təsdiqlənib. Ermənistanın silahlı qüvvələri Rusiyanın tərkibinə keçib. Bu, onu göstərir ki, Ermənistan müstəqil dövlət deyil, Rusiyanın hansısa bir hərbi əyalətidir. Belə olan halda, biz nə üçün danışıqları uzadırıq? Onsuz da artıq Ermənistan heç imitasiya da etmir, danışıqları tam pozur. Ermənistan müstəqil dövlət olmadığına görə, biz danışıqları onun sahibi ilə aparmalıyıq. Bu əyalətin rəhbərliyi Rusiyadır və mənə elə gəlir ki, Minsk Qrupu vasitəçiliyi Azərbaycanla Rusiya arasında etməlidir”.
Millət vəkili Xocalı soyqırımı ilə bağlı atılacaq addımlara toxunarkən bildirib ki, Azərbaycanın Rusiya ilə hüquqi sahədə əməkdaşlıq barədə sazişi var:
“Bu sazişə əsasən, Azərbaycanın hərbi prokurorluğunun siyahısında olan və Rusiya ərazisində yaşayan 366-cı alayın cinayətkarları Azərbaycana təhvil verilməlidir. Biz tələb etməliyik ki, uşaq qatilləri Azərbaycanda ədalət məhkəməsinə çəkilsin. Azərbaycan xarici hakimlərin dəvəti ilə məhkəmə təşkil etməlidir. Bu məhkəmənin qərarının beynəlxalq hüquqi əsasının olması üçün o qərarı məhz xarici hakimlər çıxarmalıdır. Əgər Rusiya bu sazişdən irəli gələn zəruri addımları atmasa, biz bu sazişi tam pozulmuş hesab etməliyik”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler