Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bagirov Ataturkun mezarini ziyaret etdi – Foto

13 views09/11/2016

19:48

21:44 – xeber – Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün vəfatının 78-ci ildönümü münasibətilə Ankara şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri tərəfindən Atatürkün məzarı önünə – Anıtqəbirə əklil qoyma mərasimi keçirilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, tədbirdə Ankara şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Türkiyə Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmiləri, o cümlədən səfirliyimizin əməkdaşları iştirak ediblər.
 
Əvvəlcə Mustafa Kamal Atatürkün əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Sonra diplomatik korpusun duayeni olaraq səfir F.Bağırov Atatürkün məzarı önünə əklil qoyub, Anıtqəbirin “Xatirə kitabı”na ürək sözlərini yazıb.
 
Qeyd edək ki, Türkiyə Respublikasının mövcud dövlət protokolu qaydalarına əsasən buna qədər rəsmi mərasimlər zamanı sadəcə diplomatik korpusun duayeni diplomatik nümayəndəliklərin rəhbərləri adından iştirak edirdi. Lakin bu il ilk dəfə olaraq diplomatik korpusun duayeni səfir F.Bağırovun dəvəti əsasında həm də Ankara şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri mərasimdə iştirak ediblər.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler