Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Azerbaycanli qiz ipekden ilk defe Quran-i Kerim hazirladi – Video

21 views27/11/2016

20:12

– xeber –
Azərbaycanlı rəssam Tünzalə Məmmədzadə dünyanın ilk ipək “Quranı Kərim” kitabını hazırlayıb. 3 il müddətində hazırlanan kitabda surələrin hamısı qara şəffaf ipək üzərində, qızılı və gümüşü boyalarla yazılıb. Kitabın hazırlanmasında 50 metr parça 1500 ml boyadan, üz qabığında dəri materialından istifadə olunub.
Qara şəffaf ipək və üzərində qızılı və gümüşü boyalarla yazılmış surə və ayələr.
Dünyada ilk dəfə Quranı Kərimi ipək parça üzərində yazan azərbaycanlı rəssam Tünzalə Məmmədzadədir.
Rəssamın sözlərinə görə sadəcə ərəb hərflərini bilir, dini təhsili isə yoxdur. Bu kitabı sırf sənət baxımından işləyıb.
Tünzalə Azərbaycan Rəssamlıq Akademiyasında bakalavr təhsili alıb. Ardınca Qərb Universitetində modelyer rəsssamlıq üzrə magistraturada oxuduqdan sonra, yenidən Rəssamlıq Akademiyasında modelyer rəssamlıq üsrə doktorantura pilləsinə qalxıb. Hazırda Türkiyədə Mərmərə Universitetində sənət tarixi üzrə doktoranturada oxuyur.
Qeyd edək ki, 3 il müddətində hazırlanan Kitabın hazırlanmasında 50 metr parça istifadə edilib.
Rəssam ipək üzərində yazılan Quran kitabının başqa ölkələrdə təqdimatının keçirilməsini istəyir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler