Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Azerbaycanli milyarderin olum hokmu legv edildi

14 views26/11/2016

10:00

– xeber –
İran Ali Məhkəməsi milyarder Babək Zəncaniyə qarşı qəbul edilən ölüm hökmünü ləğv edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı İSNA agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.
Qeyd edək ki, martın 7-də İran məhkəməsi milyarder Babək Zəncaniyə edam hökmü çıxarıb. Zəncani İranın neft pullarının mənimsənilməsində və çirkli pulların yuyulmasında günahlandırılır. Hazırda Zəncaninin 14 milyard dollar sərvəti var.
Güney Azərbaycandan olan məşhur milyarder Rza Zərrab (hazırda ABŞ-da həbs altındadır – red.) onun Türkiyədəki əsas ortağı hesab edilir.
Bir müddət öncə də rəsmi Tehran Zəncaninin edam qərarının dəyişdirilə biləcəyini açıqlamışdı. Bunun üçün Zəncanidən ölkəyə olan 2,8 milyard dollarlıq borcunun geri qaytarılması tələb olunurdu.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler