Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Azerbaycanli memur oglu Lebedevin nevesi ile qezada oldu

26 views25/11/2016

12:40

– xeber –
Rusiyanın YUKOS neft şirkətinin (artıq ləğv edilib) keçmiş sahibi Mixail Xodorkovskinin ortağı, biznesmen Platon Lebedevin nəvəsi azərbaycanlı məmurun oğlu ilə İsveçrədə baş vermiş avtomobil qəzasında həlak olub.
Virtualaz.org xəbər verir ki, Diana Lebedeva qəza zamanı avtomobildə Rusiya hökumətinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlinskinin 23 yaşlı qohumu Azər Yaqubovla birlikdə olub.
Xəbərə görə gənclərin içərisində olduğu avtomobil Cenevrə gölünə düşüb, avtomobili bir neçə saatdan sonra tapmaq mümkün olub. Artıq Yaqubovun qohumları cəsədin tanınması proseduranda iştirak etmək üçün İsveçrəyə yola düşüblər. Valideyinlərinin bildirdiyinə görə, Azər Yaqubov 9 yaşından İsveçrənin Luqano şəhərində yaşayırdı və magistraturanın birinci kursunda oxuyurdu. Atasını dediyinə görə, Azər heç vaxt spirtli içki içən olmayıb. Onun Diana Lebedeva ilə dostluq münasibətlərinin olduğu bildirilir. Cəsədlərin tezliklə Rusiyaya gətiriləcəyi gözlənilir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler