Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Azerbaycanli aktrisanin Almaniyada cekildiyi klip – Video

10 views28/11/2016

17:20

– xeber –
“Popstar” müsabiqəsi ilə məşhurlaşan Barış Kömürcüoğlu “Zalım” mahnısına çəkdirdiyi klipi təqdim edib.
Musavat.com xəbər verir ki, musiqisi Eldar Mansurova, sözləri Sezen Aksuya məxsus olan mahnının klipində azərbaycanlı aktrisa Aysel Nazim rol alıb. Klipin çəkilişləri Almaniyada baş tutub.
Çəkiliş təəssüratlarını bölüşən aktrisa bildirib ki, klip internetdə yayımlansa da, Türk məşhurlar təqdimat üçün Bakıya gələcək: “Klipin internetdə yayılmasına baxmayaraq, ekran işinin Bakıda maraqlı təqdimatı olacaq. Barış ilə Kanun Yıldırım dekabrın ortaları paytaxta gələcək. Onlar həm media nümayəndələri ilə görüşəcək, həm də minikonsert verəcəklər. Konsert barədə hazırlıqlar gedir. Klipin çəkilişləri Almaniyanın Frankfurt şəhərində oldu. 3 gün davam edən çəkilişlər maraqlı olsa da, çox üşüdük. Hava soyuq idi. Gözəl komanda ilə çalışdıq. Özümüz üşüsək də, ürəyimiz isti idi. Hər şey əla oldu. Çox sevinirəm ki, bu layihədə rol almışam. Barışla işbirliyimiz davam edəcək. Gələcəkdə tamaşaçıları yeni sürprizlər gözləyir”.
Qeyd edək ki, Barış Kömürcüoğlu iki il öncə azərbaycanlı müğənni Elnarə Xəlilova ilə ifa etdiyi “Dayan” duetinə klip çəkdirmişdi.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler