Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Azerbaycanda bu reklam qadagan olundu

6 views29/11/2016

11:48

– xeber –
Azərbaycanda tütün və tütün məmulatların reklamı qadağan olunur, tütün və tütün məmulatının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslərə isə sponsorluq qadağan edilir.
APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Tütün və tütün məmulatı haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə olunub. Qanunun 20-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, tütünün, tütün məmulatının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır. Qanuna aşağıdakı məzmunda 20.3-cü maddə əlavə edilir: “Tütün və tütün məmulatının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər".
Layihə səsə qoyularaq qəbul edilib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler