Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Azerbaycana qar yağmağa basladi

21 views30/12/2015

21:56

30 Dekabr 2015 23:52 – xeber –
Sinoptiklərin ilin son günlərində qar yağacağı ilə bağlı proqnozu özünü doğrultdu.
Olkem.az anspress-ə istinadən xəbər verir ki, Quba ve Qusar rayonlarinda qar yağmağa başlayib. Məlumata görə, rayonlarda artıq bir saatdan çoxdur ki, qar yağır.
Qubanın əsasən Xınalıq kəndində qar yağması müşahidə olunur
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadakı ərazi Hidrometrologiya müəssisə də qarın yağacağı barədə xəbərdarlıq etmişdi.
Bildirilirdi ki, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Dekabrın 31-də Bakıda və Abşeron yarımadasında da havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

mənbə : milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler