Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Azerbaycan radiosunda tarix yazan insanlar – Foto

14 views06/11/2016

07:12

09:00 – xeber – Bu gün radio və televiziya işçilərinin peşə bayramı günüdür.
 
Axar.az xatırladır ki, Bakıda ilk radio qurğusu 1924-cü ildə quraşdırılıb. 1926-cı il noyabrın 6-da isə ilk Azərbaycan radiosu fəaliyyətə başlayıb. O vaxtdan sözügedən tarix radio işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
 
Həmin dövrdə radio verilişlərinin gündəlik efir vaxtı cəmi 2 saat olub. Sonradan isə bu vaxt 4 saata, daha sonra 6 saata çatıb.
 
Uzun illər radio və televiziya sahəsində çalışan professor Qulu Məhərrəmli Feysbuk səhifəsində Azərbaycan radiosunun ilk əməkdaşlarının fotolarını paylaşaraq bu sözləri yazıb:
 
“Milli radiomuzun tarixində iz qoymuş insanlar: Azərbaycan radiosunun ilk diktoru İsmayıl Əlibəyov (1927), nakam şairimiz Hüseyn Natiq də daxil olmaqla ilk əməkdaşlar (1928), unudulmaz diktor və bədii qiraət ustası Soltan Nəcəfov (1931), Azərbaycanın möhtəşəm səsi – Aydın Qaradağlı, radio-diktorlar – Sabutay Quliyev və Züleyxa Hacıyeva”.
 
Həmkarlarımızın peşə bayramını təbrik edirik!

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler