Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Azeravtoyol” guclendirilmis rejime kecdi

9 views23/11/2016

08:12

– xeber –
Ötən gecədən başlayaraq və hazırda da müşahidə edilən şaxtalı hava şəraiti yollarda ciddi problemə səbəb olmayıb.
Azəravtoyol ASC-nin mətbuat katibi Anar Nəcəflinin APA-ya verdiyi məlumata görə, bəzi yolların buz bağlanması müşahidə edilib:
“Xüsusi ilə körpüləri, Bakı Dairəvi Yolunu buz bağlayıb. Buz bağlayan yollara duz-qum qarışığı səpilib. Hazırda yollarda hər hansı problem yaşanmır. Əgər hər hansı problem yaranırsa, bu həmin nəqliyyat vasitələrinin qışa hazır olmaması ilə bağlıdır. Bu bizim problem deyil, sürücülərin problemidir. Sürücülərin idarə etdiyi avtonəqliyyat vasitələri qışa hazır olmalıdır. Sürücülər yay şinləri ilə hərəkət edirsə, həmin nəqliyyat vasitələri mütləq şəkildə sürüşəcək”.
A.Nəcəfli əlavə edib ki, ötən gecədən başlayaraq soyuq şaxtalı hava şəraiti səbəbindən “Azəravtoyol” gücləndirilmiş iş rejiminə keçib. “Biz hər payız-qış mövsümündə gücləndirilmiş iş rejiminə keçirik. Bununla əlaqədar öncədən tədbirlər planı hazırlanır. Soyuq hava şəraitində, qar yağanda xüsusi ilə nəzarət gücləndirilir. Bütün texnikalar hazır vəziyyətə gətirilir, qum-duz ehtiyatı toplanır”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler