Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Aynur Dadasova 8 il sonra canli yayimda (FOTO)

47 views18/11/2016

09:24

18 Noyabr 2016 11:21 – xeber –
Müğənni Aynur Dadaşova 8 ildən sonra yenidən efirə qayıdıb.
Olkem.az primetime.az-a istinadən bildirir ki, ötən gün Xəzər TV-də əməkdar mədəniyyət işçisi Zaur Kamalın təqdimatında yayımlanan “5-də 5” verilişi qonaqlı-qaralı olub. “5-də 5” studiyası efirə gələn qonaqlar üçün xüsusi olaraq şamlar, gül ləçəkləri ilə bəzədilib. Proqramın qonaqları isə 8 ildir efirlərdən uzaq olan tanınmış müğənni Aynur Dadaşova, Rüfət Axundov və aktyorlar Müşviq Şahverdiyev, İlkin Misgərli olub. Ailə həyatına görə efirlərdən uzaq düşən müğənni Aynur Dadaşova çox həyəcanlı olduğunu dilə gətirib: “Zaur, bilirsən ki, səhnə mənim üçün hər zaman məsuliyyətli olub. Bu günü çox arzulayırdım. Neçə müddətdir qastrol səfərlərindən, tədbirlərdən, konsertlərdən və efirlərdən uzaq düşmüşdüm. Evdə oturub, pəncərədən çölə baxırdım (gülür). Amma etiraf edim ki, heç bir jurnalistə deməmişdim sənəti atıram. Sadəcə ailəmə görə bir müddətlik sənətimə fasilə vermişdim”.
Daha sonra canlı efirə dəvət olunan Rüfət Axundov 18 il bundan öncə ona sənətə gəlməsində köməklik edən Aynur xanıma təşəkkürünü bildirirək belə deyib: “Sən hər zaman mənə dəstək olduğuna görə mən də sənə dəstəyəm. Bir də heç vaxt səhnədən getmə”.

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler