Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Aygunun etirazi Turkiye efirinde

17 views07/11/2016

11:40

7 Noyabr 2016 13:38 – xeber –
"Beyaz TV"-də yayımlanan "Söyləməzsəm olmaz" verilişində azərbaycanlı bəstəkar Aygün Səmədzadədən bəhs edilib. 
Olkem.az axşam.az-a istinadən bildirir ki, bəstəkarın "Tut ağacı" mahnısının "O səs Türkiyə" yarışmasında oxunması və "anonim" kimi qeyd edilməsi Azərbaycanda narazıçılığa səbəb olub. Verilişin aparıcıları da bu mövzuda danışaraq, haqsızlıq edildiyini deyiblər.
Aparıcılardan biri Ömür Varol "Tut ağacı" mahnısından söz açıb:
"Dünyaca məşhur bir Azərbaycanlı mahnısı "O səs Türkiyə"də səsləndirilib. Amma müəllif "anonim" yazılıb. Halbuki, bu məşhur azərbaycanlı bəstəkara aiddir. Gözəl bir mahnıdır. Bu bəstəni rəhmətlik prezident Heydər Əliyev də sevirmiş. Mahnının musiqisini dünyaca məşhur bəstəkar Aygün Səmədzadə yazıb. Sözləri isə Zakirə Allahverdiyevaya aiddir. Acun bu səhvini düzəldəcək".
Qeyd edək ki, yarışmada Müğe Genc və Güray Gültay adlı cütlük musiqisi Aygün Səmədzadəyə, sözləri Zakirə Allahverdiyevaya aid olan "Tut ağacı" mahnısını oxuyublar. Lakin mahnı Azərbaycana aid olan digər "Tut ağacı boyunca" xalq mahnısı ilə səhv salınıb və sözləri, bəstəsi "anonim" deyə qeyd edilib.

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler