Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Axi Anarin gunahi nedi?

12 views22/11/2016

15:16

– xeber –
Yadıma gəlir, it ilində Səlim Babullaoğlu haqqında bir yazı yazmışdım, o da buna görə bərk incimişdi. O küsən Səlim, bu küsən Səlim, hələ də danışdırmır məni. Dünən isə eşidəndə ki, Gənc Tamaşaçılar Teatrında onun yenicə çapdan çıxmış “İlyas Köçmənin şəkil dəftəri” adlı şeir kitabının təqdimat mərasimi keçiriləcək, bunu özümə əsl fürsət bildim. Fikirləşdim ki, tədbirdə mən də iştirak etsəm yaxşı olar. Nəyə görə? Bəlkə Səlim doğrudan da yaxşı bir şairdir. Qoy gedim tədbirə, öz dilindən də qulaq asım şeirlərinə, görüm mən harda səhv edirəm? Səhvimi başa düşərəmsə, Səlimin əlini sıxaram, üzr istəyərəm. Özü də namaz qılan, ağzı oruclu adamdı, nəfəsi də ağırdı. Seyid kimi bir şeydi. Bəlkə neçə illərdir günah içindəyəm. Bəlkə Səlimə qarşı haqsızlıq etdiyimə görədir ki, bütün işlərim daşdan-qayadan keçir.
Səlim Babullaoğlunun təşkilatçılığına söz ola bilməz, bunu hamı bilir və deyir. Ömür boyu xəyalına belə gətirə bilmədiyin bir işi Səlim iki dəqiqənin içində düz-qoş eləyir. Özü də hamının yanında hörməti var, heç kim Səlimin bir dediyini iki eləmir. O qədər istiqanlıdır ki, onu Anar da çox istəyir, Seymur Baycan da! Təsəvvür eləyin, adam bir zənglə Ukraynada dünya şairlərinin şeir festivalını təşkil eləyə bilər. Səlimə sevgi dünya səviyyəsindədi. Dəqiq bilirəm ki, onda Orxan Pamukun, Lyosanın, Transthomerin, Ərdoğanın telefon nömrələri var, bəlkə də hər axşam zəngləşirlər. Mən bütün qapıların üzünə açıq olduğu ikinci belə bir istedad tanımıram.
Təşkilatçılıq qabiliyyətinə görə Səlim Babullaoğluna Nobel mükafatı versələr, ən birinci mən əl çalaram. Bu cür gözəl bacarığı ola-ola di gəl ki, adam hər şeylə məşğul olur. Tərcümə deyirsən tərcümə eləyir, şeir deyirsən şeir yazır, müsahibə deyirsən müsahibə alır, esse deyirsən esse yazır, köşə deyirsən köşə yazır, Əbülfəz Qarayevin atasından kitab yaz deyirsən kitab yazır… Yolda bir ağac göstər, de ki, Səlim, bu ağaca şeir yaz! İki dəqiqəyə hazırdı. Səhəri gün həmin şeir dünyanın ən nüfuzlu ədəbiyyat dərgilərində çap olunacaq, sonra iki dəqiqəyə yazdığı o şeirə görə Səlim hansısa ölkədə mükafata layiq görüləcək.
Ümumiyyətlə, Səlim bütün işlərini iki dəqiqqəyə görür. Hərdən fikirləşirəm ki, nə yaxşı nəsrə girişmir. Bəlkə də gizli şəkildə romanlar, hekayələr, pyeslər də yazır. Bir də gördün hər əlində bir roman gəldi. Bir də gördün şalvarının arxa ciblərinə iki dənə pyes qoyub getdi Akademik Milli Dram Teatrına. Əsərin tamaşaya qoyulmaq məsələsini yenə də iki dəqiqənin içində həll eləyib qayıtdı. Axşam da zəng elədi Ukraynaya, ordan bir mükafat sifariş verdi. İki gündən sonra guya başqa vacib işi çıxdığına görə Səlim Ukraynaya gedə bilmədi, mükafat özü gəldi Azərbaycana. Vəssalam, şair, tərcüməçi, esseist, təşkilatçı və s. gözəl Səlim, indi də oldu dramaturq.
Bu cür məsələlərdə Səlim doğrudan da unikaldır, əvəzsizdir. Təsəvvür eləyin, onun təqdimatına elə adamlar gəlmişdi, fikirləşdim ki, bəlkə də Nizami Gəncəvi də burdadı. İlyas Köçmən, daha doğrusu, İlyaz Köçmənin katibəsi gözümün qabağında zəng eləyib dedi ki, İlyas müəllim qrip olub, belinə banka qoymuşuq, ona görə də tədbirə qatıla bilmir, Səlim, siz Allah, üzrlü sayın.
Tədbiri tanınmış diktor Rafiq Həşimov açdı. Rafiqin əlindəki kağızdan oxuduğu cəmi bir cümlə yadımda qaldı: “Görkəmli ədəbiyyatşünas-alim Məsiağa Məhəmmədi Səlim Babullaoğlu haqqında demişdir ki…” Nə qədər eləyirəm bu cümləyə zarafatla yanaşa bilmirəm. Axı Məsiağa nə vaxtdan görkəmli alim olub? Görkəmli sözünü niyə küçələrə tökürsünüz? Salamat, hörmətli, samballı heç olmasa, bircə epitet saxlayın ki, xaricdən qonaq-zad gələndə adının qabağına qoşaq.
Məsiağa Məhəmmədi Söhrab Sipehridən yaxşı tərcümələr eləyib, bilirəm. Məhəmmədhüseyn Şəhriyarın fanatıdır, bunu da bilirəm. Amma, ancaq və lakin Azərbaycan tarixində adamlar var ki, görkəmli alim, görkəmli yazıçı, görkəmli şair adını qazanmaq üçün ömrünü-gününü qurban verib, zülmlər, faciələr, fəlakətlər, qırğınlar görüb. Əlini cibinə qoyub gündə iki dəfə Tarqovıda o başa-bu başa gedib-gəlməklə görkəmli alim olmaq olur? Sizdə heç utanmaq hissi yoxdur? Camaatı təqdimata çağırmısınız, özü də bilirsiniz ki, zalda Əfzələddin Xəqani oturub, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir əyləşib. Gedin çayxanada bir-birinizi nə qədər tərifləyirsiniz tərifləyin, axı bu boyda adamların gözünün qabağında iki dostun bir-birinizin könlünü xoş eləmək üçün yalandan basıb-bağlamağına nə ehtiyac var?
Dünən keçirilən tədbir haqqında bircə yaxşı şey demək olar: doğrudan da sürtülmüş şeir gecələri formatını dağıtmaq baxımından maraqlı idi. Tədbirin təşkilatçılığı yaxşı qurulmuşdu. Səslənən şeirlər nə qədər bayağı olsa belə Səlimi yenə də alqışlayıram. Format yeni idi, amma bu yeniliyin içində məzmun yox idi. Tutaq ki, Xalq yazıçısı Anarın maraqlı format nəyinə lazımdır? O kişi gəlmişdi ki, normal istirahət eləyə, şeir dinləyə, zövq ala. Ancaq tədbirdən sonra hiss elədim ki, dilxor oldu getdi, qanı qaraldı… Axı Anarın günahı nədi? Onu niyə əsəbiləşdirirsiniz?

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor.
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler