Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Avtobusdan dusen 41 yasli qadini masin vurdu

10 views27/11/2016

16:24

– xeber –
Şəkidə avtobusdan düşüb yolu keçmək istəyən 41 yaşlı qadını maşın vurub.
APA-nın məlumatına görə, hadisə noyabrın 27-i saat 11:30 radələrində rayonun Orta Zəyzid kəndi ərazisində baş verib.
Orta Zəyzid kənd sakini Araz Məhəmməd oğlu Məhəmmədov idarə etdiyi VAZ 21099 markalı, 20-DJ-892 dövlət nömrə nişanlı minik avtomobili ilə sərnişin avtobusundan düşüb yolu keçmək istəyən piyada, Baş Zəyzid kənd sakini 1975-ci il təvəllüdlü Sürmayə Məcid qızı Kərimovanı vurub. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S. Kərimova Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
Şəki MRX-dan bildirilib ki, ağır qapalı kəllə-beyin travması alan S. Kərimovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq, müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler