Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Avtobus suruculerinin qiymet ozbasinaligi – Video

14 views25/11/2016

20:56

– xeber –
Paytaxtda bəzi avtobuslar Tarif Şurasının tələblərinə riayət etmir. 20 qəpiklik məsafəni 30 qəpiyə aparır. Bu da sərnişinlərin haqlı narazılığına səbəb olur. Artıq Bakı Nəqliyyat Agentliyi vəziyyətdən xəbərdardır.
''Məsafədən asılı olmayaraq gediş haqqı 30 qəpikdir''
Paytaxtda bu tariflə sərnişin daşıyan avtobuslar var. Qiymətin 30 qəpik olması barədə hətta bütün avtobuslara elan vurularaq sərnişinlərə xəbərdarlıq da edilib
Söhbət ''20 Yanvar'' metrostansiyasının yanından Müşfiqabad qəsəbəsinə 114 saylı xətt üzrə sərnişin daşıyan avtobuslardan gedir. Artıq bir müddətdir bu avtobusdan istifadə edən sərnişinlər getdikləri məsafədən asılı olmayaraq, 30 qəpik ödəyirlər. Halbuki son dəyişikliyədək sərnişinlər qısaməsafəli gedişlər üçün 20 qəpik ödəyirdilər..
Sürücülər isə gedişhaqqının 30 qəpiyə qaldırılması barədə onlara göstəriş verildiyini bildirdilər
Çəkiliş əsnasında həmçinin o da məlum oldu ki, sərnişinlər avtobusun intervalından da narazıdırlar. Onlar həmin istiqamətdə yalnız 114 saylı marşrutun fəaliyyət göstərdiyini və bunun da tələbatı ödəmədiyini deyirlər.
Bakı Nəqliyyat Agentliyindən “XəzərXəbər”ə bildirildi ki, bu avtobuslarda Tarif Şurasının qərarı pozulub. Çünki tarif şurasının qərarına əsasən, 1-15 kilometr məsafədə avtobuslarda gedişhaqqı 20 qəpik, 15-25 km-də 25 qəpik, 25-30 kilometrlik məsafədə isə 30 qəpikdən artıq olmamalıdır. Faktla bağlı artıq agentlik tərəfindən daşıyıcı şirkətə xəbərdarlıq edilib.
(Xezerxeber.com)

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler