Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Avropanin tehlukesizliyine biz cavabdehik”

8 views25/11/2016

11:20

– xeber –
Rusiya ilə silahlanmaya nəzarətlə bağlı yeni müqavilənin imzalanmasına artıq 15 Avropa ölkəsi qoşulub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu “Die Velt” qəzetinə müsahibəsində Almaniya Xarici İşlər naziri Frank-Valter Ştaynmayer söyləyib. Onun sözlərinə görə, hazırda Avropanın təhlükəsizliyi təhdid altındadır:
“Rusiya ilə münasibətlərin çətinliyini nəzərə alaraq, Moskva ilə dialoqu azaltmaq əvəzinə daha da artırmalıyıq. Biz Avropanın təhlükəsizliyinə görə məsuliyyət daşıyırıq. Rusiya ilə silahlanmaya nəzarətlə bağlı yeni müqavilənin imzalanmasına artıq 15 Avropa ölkəsi qoşulub. Bunlar arasında İtaliya, Fransa, Avstriya, Belçika, İsveçrə, Çexiya, Portuqaliya, İspaniya, Finlandiya, Niderland, Norveç, İsveç və digərləri var”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler