Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Avropanin bu olkesi parcalanir: Vetendas muharibesi…

9 views12/10/2017

18:00


[r32]
– xeber –
Bu gün İspaniyanın iri şəhələrində minlərlə insan Milli bayramı qeyd etmək üçün küçələrə axışıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Madrid və Barselonada ispanlar ölkə bayrağını qaldıraraq Kataloniya muxtariyyəti əleyhinə şüarlar səsləndiriblər.
Nümayişçilər arasında olan radikal milliyətçilər diktator Franko dönəmindəki simvolları nümayiş etdirərək Kataloniya bayraqlarını yandırmağa başlayıblar.
Nəticədə bununla barışmayan kataloniyalı aktivisitlər ispanların üzərinə hücum çəkib.
Qruplar arasında baş verən dava zamanı 5 nəfərin yaralandığı bildirilib.
Hadisə iştirakçılarından 3-ü polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, son zamanlar Kataloniya muxtariyyətinin müstəqillik cəhdləri İspaniyada siyasi-ictimai vəziyyəti olduqca gərginləşdirib.
Hətta bəzi ekspertlər yaxın zamanda tərəflər arasında kompromisin tapılmayacağı təqdirdə ölkədə vətəndaş müharibəsinin başlayacağının qaçılmaz olacağını bildirirlər.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler