Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Avropa Trampa bel baglamir: herbi xercler artirilir

8 views30/11/2016

09:04

– xeber –
Avropa Birliyi yeni hərbi proqramlarla bağlı öz xərclərini artırmağı planlaşdırır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Faynənşıl Tayms” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet Avropa Komissiyasının yeni təklifləri sayəsində AB ölkələrinin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığının artacağını bildirib. Hərbi xərclər həmçinin kibertəhlükəsizlik, yeni hərbi gəmilərin hazırlanması, hərbi məqsədlər üçün kosmik və peyk proqramlarının inkişafı sahələrinə yönəldiləcək.
Qeyd edək ki, ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra Avropa Birliyində NATO ilə bağlı narahatlıq yaranıb. Rəsmi Brüssel məhz Trampın qitəni Rusiya aqressiyasından qorumayacağına görə qorxur. Bunun üçün Avropa Komissiyası aktiv şəkildə AB ordusunun qurulması prosesinə start vermək istəyir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler