Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Avetyan: “Bakida qacqinlar meni qucaqladi…”

21 views08/11/2016

14:04

15:59 – xeber – Burada düşmənçilik, ya da təhlükə hiss etmirəm.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Bakıya səfər edən erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan Azadlıq Radiosu-na müsahibəsində deyib.
 
Erməni yazıçı Bakıya minnətdarlıqla və barışa ümidilə gəldiyini deyib:
 
“Barış gözləyirəm. Xalqlarımız arasında, mümkündürsə, vasitəçilərin iştirakı olmadan, birbaşa dialoqun başlanmasını gözləyirəm. Biz bu imkandan da yararlanmalıyıq.
 
Mən özümü Qafqazda qafqazlı kimi hiss edirəm, yəni çox gözəl. Düşmənçilik, ya da təhlükə hiss etmirəm. Bu gün şəhərdə gəzdim, xalq istiqanlıdır, mehribandır. Qarabağdan olan qaçqınlarla görüşdüm. Gözyaşı da gördüm, inciklik də, onların doğma yerlərdən, eləcə də əzizlərinin, yaxınlarının qəbrindən ötrü necə darıxmasını da… Və onlar ayrılarkən məni qucaqladılar”.
 
Qeyd edək ki, Vahe Avetyan bir müddət öncə Xocalıda baş verənlərə görə Azərbaycan xalqından üzr istəyib. O, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə vətəni Ermənistanda təqib olunub. Bu səbəbdən hazırda İsveçdə mühacirətdə yaşayır.
 
O, oktyabrın 8-də qəfildən Azərbaycana gəlsə də, hava limanından geri qaytarılmışdı.
 
Avetyan Bakıya Milli QHT Forumunun prezidenti Rauf Zeyninin dəvəti ilə gəlib. Bu konfransda Dağlıq Qarabağ münaqişəsinin həllindəki başlıca əngəllər müzakirə olunub. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler