Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

ATV-den İTV-ye qalmaqalli transfer

10 views07/11/2016

10:28

12:18 – xeber – İctimai televiziyanın Fransa bürosuna yeni təyinat olub.
 
BakiPost.az-ın əldə etdiyi məlumata görə, büroya Azad Azərbaycan televiziyasının Rusiya və Şərqi Avropa bürosunun rəhbəri Elzar Ağayev gətirilib. O, yeni işinə başlamaq üçün bu gün Moskvadan Parisə yola düşüb.
 
Məlumata görə, İTV rəhbərliyi jurnalisti transfer etmək üçün ATV rəhbərliyi ilə uzun müddət danışıqlar aparıb. E. Ağayev təcrübəli jurnalist olduğundan, ATV-nin prezidenti Vüqar Qaradağlı onun televiziyadan ayrılmasını istəməyib. Lakin telejurnalistin öz seçimi ilə transfer reallaşıb.
 
Məsələ bağlı İTV-dən açıqlama almaq istəsək də, şirkətin baş direktorunun köməkçisi Yalçın Verdiyev bunun şirkətin daxili məsələsi olduğunu bildirib və əlavə heç nə demək istəməyib.
 
Qeyd edək ki, Elzar Ağayev 10 ildir ki, müxtəlif regionlarda xüsusi müxbir kimi çalışır. 2005-ci ildə ANS-də fəaliyyətə başlayan jurnalist 2006-2012-ci illərdə Lider TV-nin, daha sonra isə AzTV-nin Yaxın Şərqdəki xüsusi müxbiri olub. O, 2013-2016-cı illərdə ATV-nin Rusiya və Şərqi Avropa bürosunun rəhəri vəzifəsində çalışıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler