Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Arda ile Fatih Terimi kim barisdirib?

12 views07/11/2016

08:24

10:20 – xeber – Keçmiş futbolçu Rıdvan Dilmən NTV Sporda yayımlanan “100% futbol” proqramında maraqlı açıqlama verib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, o, Arda Turanla baş məşqçi Fatih Terimi futbolçu Əmrə Bəlözoğlunun barışdırdığını deyib. Dilmən ulduz futbolçuların milliyə çağırılmasının sevindirici olduğunu bildirib:
 
“Arda, Səlcuq İnan, Burak Yılmazın milliyə dəvət olunması bizi sevindirdi. Əmrə Bəlözoğluna təşəkkür edirik ki, Arda ilə Fatih Terimi görüşdürdü. Allah ondan razı olsun. Əgər bu iki tərəfi görüşdürməsəydi, Arda yenə də milli komandada olmayacaqdı. Hər şey belə baş verdi: Əmrə Arda Turanla birlikdə olarkən Fatih Terimə zəng edib, daha sonra onları görüşdürüb, beləcə, tərəflər barışıb”.
 
Qeyd edək ki, Avro-2016-dan sonra Arda Turanla baş məşqçi Fatih Terim arasında gərginlik yaşanmışdı. Bundan sonra Terim onu və yuxarıda adı çəkilən digər məşhur futbolçuları milliyə dəvət etməmişdi. Türkiyə futbol yığmasının iki gün əvvəl açıqlanan heyətində isə xüsusən Arda Turanın adının olması hər kəsi sevindirib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler