Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

APA TV-nin kamerasini sindirdilar – Video

11 views23/11/2016

10:24

– xeber –
Ağdamda APA TV-nin əməkdaşlarına qarşı zorakılıq halı qeydə alınıb.
Qidadan zəhərlənmə diaqnozu ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirilən xəstənin qohumları APA TV-nin çəkiliş qrupuna qarşı zorakılıq edərək televiziyaya məxsus kameranı sındırıblar. Nəticədə çəkiliş avadanlığına zərər dəyib və o, yararsız hala düşüb.
APA TV-nin məlumatına görə, xəstəxanaya zəhərlənmə diaqnozu ilə müraciət daxil olduğu haqda məlumat əldə edilib. Öz peşə borclarını yerinə yetirmək üçün APA TV və Lider TV-nin əməkdaşları Ağdam Mərkəzi Rayon Xəstəxanasına yollanıblar. Səhiyyə müəssisəsində isə xəstənin qohumları çəkiliş aparan teleoperatorlara hücum çəkiblər. Nəticədə APA TV-yə məxsus “Panasonic-HD 3MOS” markalı videokameranın obyektivi xəstənin yaxınları tərəfindən sındırılıb.
Fəaliyyətlərinə maneçilik törədilən jurnalistlər bu barədə Ağdam Rayon Polis Şöbəsinə müraciət ediblər.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler