Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

AP-den rus KİV-lerine qarsi –

6 views23/11/2016

15:36

– xeber –
Avropa Parlamenti üçüncü tərəfin təbliğatına qarşı fəaliyyət haqqında qətnamə qəbul edib.
Axar.az Gordonua.com-a istinadən xəbər verir ki, qətnamədə Rusiya və İŞİD təbliğatı Avropa Birliyi ölkələrinin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və vətəndaşlarına qarşı təhdid kimi qəbul edilir. Parlament Rusiyanın AB ölkələrindəki müxalifət partiyalarına və təşkilatlara maliyyə dəstəyi göstərdiyini bildirib. AB üçün əsas təhdid “Sputnik” agentliyi, “Raşşın Tudey” televiziyası, “Rus Dünyası” fondu göstərilib. Qətnamədə bu təbliğatın hibrid müharibəsinin bir hissəsi olduğu qeyd edilib. Parlament təbliğat savaşı və rus KİV-lərinin işğalının daha çox özünü Şərq tərəfdaşlığı ölkələrində büruzə verdiyini söyləyib.
Qeyd edək ki, Şərq tərəfdaşlığı ölkələri sırasına Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus daxildir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler