Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Ankara terakti ile bagli kesfiyyat melumati yayildi

27 views19/02/2016

13:28

15:26 – xeber – Fevralın 17-də Ankarada 28 nəfərin ölümünə səbəb olan terror hücumu Rusiyanın işinə yarayır.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyət” qəzeti kəşfiyyat orqanlarına istinadən məlumat yayıb. Qəzet kəşfiyyat və təhlükəsizlik orqanlarının hadisə ilə bağlı son qiymətləndirməsini əldə edə bilib:
 
1) Terrorçular hədəf olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin binasını seçib. Buna səbəb isə türk ordusunun PKK-nın Qəndildəki mövqelərini məhv həddinə çatdırmasıdır. Lakin hücumu yönləndirənlər digər tərəfdən Türkiyənin vurduğu rus bombardmançısının öldürülən pilotunun intiqamını da almağa çalışırdı.
 
2) Türkiyənin “PYD terror təşkilatıdır” dediyi bir vaxtda bu hücumun baş verməsi ən çox Rusiyanın işinə yarayır. Çünki PYD-Rusiya-Əsəd əməkdaşlığı getdikcə güclənir. Rusiya PYD-ni ABŞ-dan uzaqlaşdırıb, özünə və Əsədə müttəfiq etmək istəyir. Bu reallaşarsa, Suriyada ən böyük iki quru qoşunu olan rejim ordusu ilə PYD Cenevrə danışıqlarında üstünlük qazanacaq.
 
Bundan əlavə, Türkiyənin rəhbərliyinə təqdim edilən məlumatda hücumu törədən Salih Necarın ailəsinin Suriya hərbi kəşfiyyatı ilə sıx əməkdaşlıq etdiyi bildirilib.
 
Qeyd edək ki, fevralın 17-də Ankarada hərbçiləri daşıyan avtobusa kamikadze hücumu olub. Nəticədə 28 nəfər şəhid olub, 61 nəfər yaralanıb. Hücumu YPG-nin (PKK-nın Suriya qolu PYD-nin hərbi qanadı) üzvü Salih Necarın törətdiyi müəyyən edilib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler