Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Anarin Tehminesinden, Zaurundan… – Sorgu

9 views07/11/2016

07:24

09:15 – xeber – Sizcə, yazıçının, şairin mətndəki səmimiyyətini necə müəyyən etmək olar?
 
Axar.az qələm adamlarının bu suala cavablarını təqdim edir:
 
Seyran Səxavət
 
“Deməli, ən vacib məsələyə toxunursunuz. Hətta sualınızda belə bir nüans hiss olunur ki, səmimiyyət ən vacib keyfiyyətlərdən biridir; mənə elə gəlir ki, ən vacibidir. Qaldı sualın ikinci tərəfinə – deyə bilərəm ki, yazıçı səmimiyyətini duymağın ən vacib cəhəti oxucu səmimiyyətidir – oxucunun özü səmimi deyilsə, o, heç vaxt yazıçının mətnində səmimi, yaxud-qeyri səmimi  olmasını duya bilməz. Yəni yazıçı-oxucu səmimiyyəti eyni dərəcədə olanda bu duyula bilər. Yoxsa elə bir cihaz, yaxud resept yoxdur ki, yazıçının səmimi, yaxud qeyri-səmimi olmasını ortaya qoya bilsin. Bir az dərinə getsək, deməliyik ki, oxucu səmimiyyəti dediyimiz vacib keyfiyyəti oxucuya elə yazıçı aşılayır. Əslində, bu, son dərəcə qəliz və mürəkkəb sualdır və bu barədə uzun-uzadı müzakirələr və təhlillər aparmaq olar. Ən azı ona görə ki, yazıçı-oxucu münasibətlərinin nüvəsi, mayası elə bundan ibarətdir. Hətta mən onu deyərdim ki, bu münasibət təkcə söz sənətində deyil, həyatımızda da, yaşam tərzimizdə də əsas, məğlubedilməz, aparıcı  və sarsılmaz şərtdir. Bu da o deməkdir ki, həyatın bir parçası olan sənət də, elə həyatın özü də səmimiyyətsiz bir heçdir!”
 
Məti Osmanoğlu
 
“Yazıçı səmimiyyətindən söz düşəndə öncə ağlıma İsa Muğannanın 1970-ci ildə yazdığı tərcümeyi-halının son cümlələri gəlir: “Düşüncələrdən kitablar əmələ gəlir; bu günə qədər nə yazmışamsa, hətta tarixi mövzuda təcrübə etdiyim yazılar da öz tərcümeyi-halımdan doğulmuşdur. Yazıçı öz ürəyini, öz beynini yazmırsa, səmimi deyil. Səmimi deyilsə – yazıçı deyil”.
 
Mən də böyük söz ustasının səmimiyyəti yazıçılığın ilkin şərti hesab etməsi ilə tam şərikəm. O ki qaldı yazıçının səmimiyyətini mətndə oxucunun necə müəyyənləşdirməsinə… Məncə, burada da eyni qanun qüvvədədir: əsas məsələ bədii mətnin şərtlərini və şərtiliklərini oxucunun qəbul etməsi, özünü mətndə görə bilməsi, mətnin havası ilə yaşamasıdır. Yazıçı oxucuya öz yazdıqlarının şərtlərini qəbul etdirə, oxucunu bədii şərtiliklərə inandıra, mətnin içinə, mətndəki duyğu və obrazlar dünyasına daxil edə bilirsə, səmimidir. Oxucu mətnin içində yazıçının “laməkan” – məkanın fövqündə olan varlığı ilə qarşılaşa, mətndə yazıçının ruhunu hiss edə bilmirsə, nə yazıçının, nə də mətnin səmimiyyətindən söhbət gedə bilər. XX əsrin əvvəllərində psixoanalitik nəzəriyyənin ən çox tədqiq və təhlil etdiyi yazıçı F.M.Dostoyevski olub. Ziqmund Freyd, Alfred Adler, Karl Qustav Yunq kimi alimlərin bədii mətn üzərində apardıqları tədqiqatların məğzini Dostoyevskinin romanlarında müəllifin kimliyini “kəşf etmək”, əsərlərdə müşahidə olunan psixoloji sarsıntıları müəllifin fərdi yaşantılarına əsasən izləmək olub. Həmin psixoloji tədqiqatlardan çox aydın görmək olur ki, Dostoyevski dünya ədəbiyyatının ən şedevr əsərlərində məhz özünü, yaşadıqlarını yazıb. Onun obrazlara çevirdiyi düşüncələrin başlanğıcında həm şüurlu, həm də şüur altında olan psixoloji yaşantılar, sarsıntılar, həyatında dönüş yaradan məqamlar dayanır… Azərbaycan klassik ədəbiyyatında fərdi yaşantılardan mətnə “sızan”, mətndə obraza çevrilən səmimiyyət Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığında daha aydın müşahidə olunmaqdadır… Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirinə xüsusi fərq gətirən cəhətlərdən biri şairin ruhuna çökmüş ölüm duyğusunu özündən uzaqlaşdırmaq cəhdinin səmimi ifadəsidir. Müəllif, sanki, ayrılmaq istəmədiyi dünyaya, insana, sevgiyə, gözəlliklərə “bu yaz bir başqa yazdır” sözləri ilə vəsf etdiyi 1937-ci ilin yazının gətirdiyi ölüm duyğusunu tovlayaraq, ovudaraq baxır və bu, əsərə qeyri-adi bir səmimiyyət verir. İsa Hüseynovun “İdeal” romanını yazıçının tərcümeyi-halından gələn fərdi sarsıntılarından, atasının ölümü ilə bağlı yaşadıqlarından kənarda düzgün qavramaq mümkün deyil… Onu da vurğulamaq zəruridir ki, burada söhbət tərcümeyi-halın mexaniki şəkildə mətnə köçürülməsindən getmir. Yazıçı tarixdən öyrəndiklərini və ya müasiri olduğu, yaşadığı zamanda və mühitdə gördüklərini öz ruhuna “yükləməyi” bacaranda, təsvir və təqdim etdiklərini öz tərcümeyi-halına çevirəndə onun yaratdığı oxucuya daha yaxın və doğma olur. Məsələn, Elçinin yaratdığı Baladadaş obrazına səmimiyyət gətirən, bu obrazı sevdirən təkcə müəllifin öz qəhrəmanını yaxşı tanıması deyil, həm də sevməsi və sevə-sevə təqdim etməsidir. Anarın Təhminəsindən, Zaurundan fərqli oxucu nəsillərinin marağını azaltmayan sehrli qüvvə də, görünür, bu amillə bağlıdır…”
 
Narıngül
 
“Hər bir bədii əsərin əsas dəyəri onun səmimiliyindədir. Əsərin təhkiyəsi, dili, süjet xətti maraqlı olmaqla bərabər, səmimiliyi də oxucu üçün çox vacib şərtdir. Əlbəttə, mətnin səmimiliyi deyərkən yalnız avtobioqrafik əsərlər nəzərdə tutulmur. Müəllifin mətnə yanaşması, mətndəki prototipləri necə təqdim etməsi, oxucunu inandıra bilmək bacarığı mətnin səmimiliyini işarə verən əlamətdir. Nəzərə almaq lazımdır ki, müasir oxucu artıq pafosu, didaktikanı, təbliğatı əks etdirən ədəbiyyata qarşı o qədər də maraqlı deyil. Oxucu əsərin ilk cümləsindən səmimi olub-olmamasını hiss edir. Mütaliə zamanı hadisələr oxucunun gözləri qarşısında səhnələşirsə və onun altşüurunda yeni təsvir vasitələri yaranırsa, sözlərin enerjisi hiss olunursa, demək, əsər səmimidir. Müəllif yazını qələmə almazdan əvvəl mətnə hazır olmalı, sərbəst şəkildə mətnlə baş-başa qalmağı bacarmalıdır. Əgər o, mətni qələmə alarkən azaddırsa, sözə qarşı səmimidirsə, əsərin səmimiyyəti oxucuya da sirayət edəcək. Yalnız azad düşüncəli, istedadlı insan təbii və səmimi ədəbi obrazlar yaratmağa qadirdir. Həyatı olduğu kimi dərk etmək, hadisələrə real yanaşmaq və yüksək bədii ümumiləşdirmə aparmaq bacarığı əsərin səmimiliyinə xidmət edən amillərdəndir. Məsələyə forma və məzmun aspektindən baxıldıqda isə düşünürəm ki, məzmun və formanın vəhdəti də əsərin bədii dəyərinə, səmimiliyinə böyük təsir göstərir. Məsələn, bəzən görürsən ki, müəllif şərq təfəkkürünə, Şərq düşüncəsinə yaxın olan bir insandır və bu məzmunda özünü büruzə verir, lakin forma – qəlib Qərb “istehsalıdır”. Həssas oxucu dərhal saxtalığı hiss edəcək və təbii ki, əsərin bədii dəyəri aşağı enəcək.
 
Səhər Əhməd
 
“Yazarın səmimiliyi əsərin həyatiliyini sübut edir, mövzunun boğazdan yuxarı, uydurulmuş olmadığını göstərir. Bu oxucuya ən çox lazım olan amildir. Əsl yazıçı fantastik mövzuya belə səmimiliyini qatmaqla əsəri oxucuya sevdirir. O ki qaldı səmimiyyəti müəyyənləşdirməyə, o, yeganə nəsnədir ki, saxtalıqla heç vaxt yeri səhv düşmür”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor.
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler