Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Amerikalilar "yolunu azdi", Turkiye ise… – Rusiyali ekspert

12 views14/11/2017

17:34


[r32]
– xeber –
Moskva və Ankara arasında dialoq Yaxın Şərqdəki problemlərin həllində önəmli rol oynayacaq.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert İldus Yarulin Ərdoğan-Putin görüşünü şərh edərkən deyib.
“Suriya probleminin həllinin yaxınlaşmasına baxmayaraq regionda İraq, Liviya, Livan kimi problemlər qalmaqda davam edir. Xüsusilə belə bir şəraitdə Rusiya və Türkiyə əməkdaşlığının davam etdirilməsi önəmlidir. Rusiya zamanında bu proseslərə qatılmışdı. Türkiyə də bu yöndə addımlar atsa da güclü deyildi. ABŞ mövqeyini möhkəmləndirmişdi. Lakin hazırda durum fərqlidir. Yaxın Şərqdə siyasi proseslərdə yenidən hərəkətlilik müşahidə olunur. Yaxın Şərq probleminin həllində yeni və ciddi iştirakçıların formalaşdığını düşünürəm. Amerikalılar orada “yolunu azdı”. Avropalılar isə heç görsənmir”, – ekspert əlavə edib.
Qeyd edək ki, dünən Ərdoğan-Putin görüşü 4 saat davam edib.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler