Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Amerika Yenotu Sabirabada gelib cixdi – Video

11 views08/11/2016

20:08

22:03 – xeber – Sabirabadın Qaraqaşlı kəndində tələyə ərazidə rast gəlinməyən Amerika yenotu düşüb.
 
Axar.az ARB TV-yə istinadən xəbər verir ki, kənd sakini Salman Muradov toyuq-cücəsini yırtıcılardan qorumaq üçün həyətyanı ərazidə tələ qurub. Nəticədə tələyə Mərkəzi Aran rayonlarında yaşamasına təsadüf olunmayan Amerika Yenotu düşüb.
 
Salman Muradov bildirib ki, heyvanın Amerika Yenotu olduğunu internet vasitəsilə öyrəniblər. Amerika yenotları elə bu qitənin mülayim və tropik ərazilərində yaşayırlar. Bu heyvanlardan son 50 ildə Avropaya da gətirilib.
 
Amerika Yenotu qiymətli xəz dərisi olan heyvandır. Kənd sakini yırtıcının qidalanmasını nəzarətdə saxlayır. Salman Muradov heyvana ət, nar, alma, balıq verildiyini qeyd edib. O, yenotun ayağı sağaldıqdan sonra onu zooparka təhvil verməyi düşünür.
 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler