Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

AMB daha 50,117 mln. manatliq not emissiyasi yerlesdirdi

11 views30/11/2016

18:48

– xeber –
Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının 50100552S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 75 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Report xəbər verir ki, hərrac zamanı iki investor tərəfindən 2 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 50 116 600 manat təşkil edib.
Sifarişlər 98,8472 manat (14,9945%) qiyməti ilə təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti AMB tərəfindən 98,8472 manat (14,9945%), ortaölçülmüş qiyməti 98,8472 manat (14,9945%) səviyyəsində müəyyən edilib. Notların nominal üzrə reallaşdırılmış həcmi isə 50 116 600 manat məbləğində müəyyən edilib. Bu, emissiyanın 66,8%-nə bərabərdir.
Notların ödəmə tarixi 28 dekabr 2016-cı ildir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler