Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Alman nazir: Mosulu sunniler azad edecek

7 views21/11/2016

20:16

– xeber –
Mosulu axır-əvvəl sünni iraqlılar azad edəcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər naziri Frank Valter-Ştaynmayer iraqlı həmkarı ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
“Mosul əməliyyatları ilə bağlı əldə edilən razılığa riayət edilməlidir. Xarici qüvvələrin təsirinə məruz qalan qruplaşmalar geri durmalıdır. Bu şəhər sonunda sünni iraqlılar tərəfindən azad edilməlidir. Ümid edirəm ki, şiə döyüşçülər və peşmərgə qüvvələri əvvəlcədən əldə edilən razılığa riayət edəcəklər. Əks halda, yaranan hərc-mərcliyin qarşısını almaq mümkün olmayacaq”, – alman nazir bildirib.
Qeyd edək ki, Mosul uğrunda İraq ordusu ilə İŞİD-çilər arasında güclü savaş gedir. İraqlılara dəstək verən peşmərgə və Haşdi Şabi qruplaşmaları da şəhərin bir neçə bölgəsini ələ keçirməyi bacarıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler