Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Ag Ev: “Muselmanlar terrorizmde gunahkar deyil”

8 views30/11/2016

08:32

– xeber –
Ağ Ev insanları müsəlman olduğuna görə terrorizmdə günahkar bilməməyə çağırır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ prezidentinin mətbuat katibi Coş Ernest söyləyib. Onun sözlərinə görə, əgər konkret dinə iman gətirən şəxslərə qarşı şübhə artırılsa, o zaman hücumların artması da qaçılmaz olacaq.
Qeyd edək ki, 2001-ci il 11 Sentyabr terror aktından sonra Qərb ölkələrində müsəlmanlara qarşı münasibət dəyişib. ABŞ-ın Əfqanıstan və İraqa müdaxiləsi, Yaxın Şərqdə İŞİD terror təşkilatının yaranması bu ölkələrdə müsəlmanlara qarşı nifrəti daha da artırıb. Nəticədə bu ölkələrdə ultrasağçı partiyalar və siyasətçilərin aktivliyi artıb. Bu ölkələr sırasında, xüsusilə, Almaniya, Macarıstan, ABŞ, Fransa, Slovakiya və digərləri seçilir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler