Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

AFFA qalmaqala sebeb olan hakimden razi qaldi

7 views30/11/2016

16:36

– xeber –
Topaz Premyer Liqasının XIII turunun “Qarabağ” – “Qəbələ” matçında (2:1) Rəhim Həsənovun idarəçiliyi AFFA Hakimlər Komitəsinin iclasında müzakirəyə çıxarılıb.
APA-nın əldə etdiyi məlumata görə, FİFA referisinin işi komitə tərəfindən yüksək qiymətləndirilib.
İclas iştirakçılarından biri əməkdaşımızla söhbətində bildirib ki, “Qəbələ”nin qapısına mübahisəli penalti təyin edən Həsənovun bu qərarı düzgün qiymətləndirilib. Hakimin buraxdığı digər səhvlər də onun layiq görüldüyü bala təsir etməyib.
“Qarabağ”ın hücumçusu Dino Ndlovunun qolundan sonra əvvəlcə mərkəz xəttini göstərən, sonra isə aranın qarışdığını və qonaqların meydanı tərk etdiklərini görərək final fitini səsləndirən Həsənovun ciddi şəkildə cəzalanacağı gözlənilsə də, bunun baş verəcəyi inandırıcı görünmür.
“Qəbələ” rəhbərliyinin hakim idarəçiliyi ilə bağlı şikayət edib, matçın yenidən keçirilməsinə nail olmaq hüququ olduğu halda, Hakimlər Komitəsinin Həsənova cəza tətbiq etməməyi aranı bir qədər də qarışdıra bilər.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler