Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Abxaziyadan NATO-ya sert qinaq

8 views22/11/2016

22:00

– xeber –
Gürcüstan və NATO-nun birgə təlimləri ölkəmiz üçün ciddi təhdiddir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Abxaziya separatçılarının "xarici işlər nazirliyi" məlumat yayıb.
“Biz dəfələrlə Gürcüstanla Qərb ölkələrinin birgə həyata keçirdiyi hərbi təlimlərinin gürcü siyasətçilərin intiqam almaq üçün bir vasitə olduğunu bildirmişik”, – açıqlamada bildirilib.
Separatçı qurum bu təhdidə qarşı etibarlı müttəfiqi olan Rusiya ilə hərbi-strateji əməkdaşlığı gücləndirəcəyini qeyd edib.
Xatırladaq ki, 2008-ci ilin avqustunda Cənubi Osetiya ilə Gürcüstan mərkəzi hökuməti arasında yaşanan 5 günlük müharibədən sonra Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımışdı.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler