Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

ABŞ YPG-ni silahlandirir, Ankara gergin durumda…

10 views26/11/2016

10:56

– xeber –
Amerika 15 gündür ki, Türkiyəyə “Fərat qalxanı” əməliyyatında dəstək vermir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin “Sözcü” qəzeti özünün etibarlı mənbəsinə istinadən yayıb. Mənbənin sözlərinə görə, hazırda ABŞ PKK-nın Suriya qolu olan YPG-yə geniş dəstək verməyə başlayıb:
“Türkiyədən başqa Suriyanın ərazi bütövlüyünü istəyən ölkə yoxdur. ABŞ bölgədə kürd dövlətini qurmaq planından əl çəkməyib. YPG-nin liderlərindən biri yaxalandıqdan sonra verdiyi ifadə də ABŞ-ın kürd dövləti qurmaq üçün onlara hər cür dəstəyi verdiyini bildirib. O, istintaqa verdiyi ifadəsinin başqa bir yerində ABŞ-ın Suriyadakı kürdlərə İraq vasitəsilə 100 TIR-lıq silah göndərdiyini etiraf edir. Vaşinqton Menbiçdəki kürdləri vurmağımızı istəmir. Hazırda Amerika ilə bərabər, Fransanın da xüsusi təyinatlıları Menbiçdə qərarlaşıblar. Menbiçə 3 min nəfər YPG döyüşçüsü gətirilib. Suriya Yaxın Şərq bataqlığıdır. Burada kimin kimlə savaşdığı müəyyən edilə bilmir. Rusiya da, ABŞ da YPG-ni vurmağımızı istəmir. Ən maraqlı məqam odur ki, Suriya hakimiyyəti də YPG-ni vurmağımıza qarşıdır. Elə bu üç ölkə də YPG-ni müdafiə edir. ABŞ YPG-ni istiqamətləndirir. Hətta kürd döyüşçülərə 5 min dollar maaş da verilir. Bizim məqsədimiz isə kürdlərin qərbə irəliləməsinin qarşısını almaqdır. Ankara hazırda ağır vəziyyətdədir”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler